Birka

Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi AvropaŞərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi.[1] Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür.[2]

  1. "Isotopes and human burials at Viking Age Birka and the Mälaren region, east central Sweden" (ing. ). sciencedirect.com. 13 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2019.
  2. "Islamic ring in Viking grave sheds new light on ancient ties" (ing. ). edition.cnn.com. 24 mart 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2019.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search